DÜNYA


“Marsda həyatın simulyasiyası” adlı səkkiz aylıq sınaq başa çatıb

Bakı, 21 sentyabr, AZƏRTAC

ABŞ-ın Havay ştatında hündürlüyü 2500 metr olan Mauna Loa dağında 6 elm adamının “Marsda həyatın simulyasiyası” adlı 8 aylıq təcrübə müddəti başa çatıb.

AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük vulkanik dağının zirvəsi ətrafında 4 kişi və 2 qadın alim yanvardan etibarən davam edən 5-ci eksperimentdə uzunmüddətli kosmik missiyaların kosmonavtlara psixoloji təsirlərini araşdırıblar. Təcrübədə iştirak edən tədqiqatçılar dondurulmuş və qurudulmuş ərzaqlarla qidalanıblar. Onlar 8 aylıq eksperiment zamanı əldə edilmiş nəticələrin gələcəkdə kosmik tədqiqatlarda kömək edə biləcəyini söyləyiblər.

ABŞ-ın Kosmik və Aviasiya İdarəsi (NASA) tərəfindən maliyyələşdirilən eksperimentdə iştirak edən alimlərdən biri tərəvəzlər yetişdirməyə də müvəffəq olub.

Bundan əvvəl 2016-cı ilin avqustunda Mauna Loa dağında altı alim bir il “Marsda həyatın simulyasiyası” eksperimentinə qatılıb.

Ötənilki təcrübə daha əvvəl Rusiyada həyata keçirilən və 520 gün davam edən eksperimentdən sonra ikinci ən uzunmüddətli sınaq hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.