DÜNYA


Marsel Lömonye: Korsika müstəqillik deyil, muxtariyyət istəyir VİDEO

Bastia, 18 mart, AZƏRTAC

Fransa mərkəzləşdirilmiş dövlət və polisin, ədliyyənin gücü ilə idarə olunur. Korsika vətəndaşları uzun illərdir ki, idarəçilik tələblərini irəli sürürlər. Korsika müstəqillik deyil, muxtariyyət istəyir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bastia şəhər sakini Marsel Lömonye deyib.

M.Lömonye Korsikanın desantralizasiya idarəçiliyi istədiyini diqqətə çatdırıb: “Fransa hökuməti üzərinə düşən işi görmək istəmir. Bizim səsimizi eşitmək istəmirlər. Son günlər adada baş vermiş iğtişaşlardan sonra Prezident Emmanul Makron muxtariyyət məsələsinin müzakirə edilməsi ehtimalını qeyd edib. Ölkənin daxili işlər naziri Jerald Darmanen də muxtariyyət məsələsinin müzakirə olunacağına vəd verib”.

Bastia sakini məsələ ilə bağlı hər hansı fikir yürütməyin erkən olduğunu qeyd edərək, zamana ehtiyac olduğunu bildirib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Bastia

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.