İDMAN


“Marsel”dən ayrılan qapıçı Stiv Mandanda “Renn” ilə müqavilə imzalayıb

Bakı, 7 iyul, AZƏRTAC

Futbol üzrə Fransa milli komandasının qapıçısı Stiv Mandanda “Marsel” klubundan ayrılıb.

AZƏRTAC xəbər verir ki, tərəflər müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriblər. Mandanda 2007-ci ilin yayından “Marsel”də çıxış edirdi. O, 2016/2017-ci il mövsümünü İngiltərənin “Kristal Pelas” klubunda keçirsə də, cəmi bir il sonra yenidən Marsel klubuna qayıdıb. Mandanda Fransa klubunun heyətində keçirdiyi 14 mövsümdə ərzində 613 matça çıxıb.

Mandandanın yeni klubu da müəyyənləşib. Otuz yeddi yaşlı qolkiper bundan sonra “Renn”in uğurları üçün çalışacaq. O, yeni klubu ilə ikiillik müqaviləyə imza atıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.