DÜNYA


Marsın “maqnetik quyruğu” kəşf edilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Marsın Günəş küləyi ilə qarşılıqlı əlaqəyə girərək bükülərək görünməz olan “maqnetik quyruğu” kəşf edilib.

AZƏRTAC “sciencedaily.com” saytına istinadla xəbər verir ki, NASA-nın həyata keçirdiyi araşdırmalara görə, “qırmızı planet”in quyruğu Günəş küləyi ilə daşınan və Mars səthindəki gizli maqnetik sahələrin qarşılıqlı əlaqəsi nəticəsində meydana gəlib.

Tədqiqatçılar “maqnetik quyruğu” əmələ gətirən interaktiv prosesin Mars planetinin atmosferində itkilərə səbəb ola biləcəyini söyləyiblər.

Alimlər, həmçinin Günəş sistemində maqnetik quyruğun bənzərinə rast gəlmədiklərini də qeyd ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.