CƏMİYYƏT


Mart-avqust aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə 56 min 587 müraciət daxil olub

Bakı, 29 sentyabr, AZƏRTAC 

Cari ilin mart-avqust aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “1542” Çağrı mərkəzinə ümumilikdə 56 min 587 müraciət daxil olub.

Bu barədə AZƏRTAC-a agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentindən bildirilib.

Məlumata görə, Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 39 min 165, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 6 min 647, psixoloji dəstəklə bağlı xəttinə 2 min 298, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6 min 685, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 1792 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin 4892-si koronavirus şübhəsi, 11963-ü özünütəcrid müddəti, 13 890-nı müayinə və müalicə ilə bağlı olub.

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 810-u əlillik məsələləri, 854-ü dərman təchizatı, 4873-ü sosial məsələlər barədə olub.

Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

• İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 872 müraciət

• COVID-19 xəstələri üçün psixoloji dəstək – 190 müraciət

Sözügedən xəttə, həmçinin psixopatologiya (psixi fəaliyyətin pozulması) ilə bağlı 175 müraciət daxil olub.

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə isə vətəndaşların səhhətlərində yaranan narahatlıqlarla bağlı müraciətlər daxil olub.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edənlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Çağrı mərkəzinin koronavirusla bağlı 1542-0 xətti 7 gün 24 saat, icbari tibbi sığorta ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək (1542-3) və COVID-19 testinin nəticəsi (1542-4) ilə bağlı xətləri həftə içi 08:00-dan 22:00-dək, həftə sonu 09:00-dan 21:00-dək, seroloji testlərlə bağlı xətti (1542-4) isə bazar ertəsi – şənbə günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.