Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Mart soyqırımına həsr edilmiş ilk bədii nümunələr

Mart soyqırımına həsr edilmiş ilk bədii nümunələr

Bakı, 30 mart, AZƏRTAC

Daşnak-bolşevik dəstələrinin 1918-ci ilin martında Bakıda, Şamaxıda, Qubada türk-müsəlman əhaliyə qarşı törətdikləri kütləvi qırğınlardan və bu faciəli hadisələrə həsr edilmiş ilk bədii nümunələrin qələmə alınmasından 105 il keçsə də, o əsərlər bu gün də emosionallığı ilə diqqət çəkir.

Tanınmış ədiblərdən Cəfər Cabbarlı ailəsi ilə erməni barbarlarının hücumuna məruz qalmış, döyüşlər evlərindən bir az yuxarı hissədə, “Ceyran bağçası” deyilən ərazidə getdiyindən qadınları, uşaqları və qocaları “qar anbarı” adlanan sığınacaqda gizlətmişdi. Bir gün sonra isə daha təhlükəsiz yerə - Xızıya aparmaq məqsədilə ailə üzvlərini və qonşuları şəhərdən çıxararkən qayalığa çatmamış güllə yağışına düşmüş, nəticədə qonşuları Məşədi Əbdülkərim kişi ağır yaralanmış, ailə üzvləri təsadüf nəticəsində ölüm kabusundan xilas olmuşlar.

Bu barədə AZƏRTAC-a müsahibəsində filologiya elmləri doktoru, professor Asif Rüstəmli məlumat verib. O bildirib ki, Cəfər Cabbarlının yaradıcılığında 1918-ci ilin Mart soyqırımı xüsusi yer tutur. O, əsasən Çəmbərəkənd qəbiristanlığında (indiki Şəhidlər xiyabanında) dəfn olunan soyqırımı qurbanlarının xatirəsini anmaq üçün, xalqın qatillərə qarşı haqq səsini ucaltmaq, etirazını bildirmək məqsədilə “Dur, ey xar olan millət” sərlövhəli şeir yazıb. Gənclər bu mərsiyəni qətliam qurbanlarının yeddisində və qırxında küçələrdə, məhəllələrdə xorla səsləndirərək günahsız həlak olmuş insanlar üçün göz yaşı tökməyə, əslində isə xalqı məkrli, maskalı düşmənə qarşı səfərbərliyə, müqavimətə, mübarizəyə çağırırdılar. Şeir soyqırımı qurbanlarının xatirəsini anmaq üçün yazılsa da, dərin ictimai məzmun kəsb edir.

Qeyd edək ki, C.Cabbarlının eyni mövzuya həsr etdiyi, uzun illər nəşrlərdən kənarda qalan, ilk dəfə professor Asif Rüstəmli tərəfindən 1991-ci il martın 6-da “Novruz” qəzetində çap etdirilən digər dəyərli sənət əsəri “Əhməd və Qumru” hekayəsidir. Bu barədə söz açan A.Rüstəmli deyib: “Əsərin mövzusu Şamaxı şəhərindən olan iki gəncin - Əhməd və Qumrunun saf və ülvi məhəbbətindən, böyük arzularından, bir-birinə layiq yüksək mənəvi keyfiyyətlərindən, mart faciəsinin günahsız insanlara gətirdiyi fəlakətlərdən bəhs edir. C.Cabbarlı valideynləri erməni qatillər tərəfindən qətlə yetirilmiş, evləri dağıdılmış Əhməd və Qumrunu “Böyük pəncərələri qara kömürlərə dönmüş, altun divarları matəmlərə bürünmüş”, “əti tökülmüş baş skeletinə bənzəyən möhtəşəm” “İsmailiyyə” binasının önündə dilənçi vəziyyətində qarşılaşdırır. Faciə və məhrumiyyətlərin məngənəsində tanınmaz hala düşmüş, bir-birini çətinliklə tanıyan iki sevgili görüşlərinə sevinsələr də, qucaqlaya bilmirlər. Çünki erməni barbarları onların qollarını kəsmişdi. Hekayə vəhşiliyə, barbarlığa, qəddarlığa qarşı oxucu qəzəbini, nifrətini ovxarlamaqla yanaşı, haqqa, ədalətə rəğbət hissi aşılayır”.

Qeyd olunub ki, yazıçı, ədəbiyyatşünas, publisist Mirzə Bala Məhəmmədzadə 1918-ci il mart faciəsini ilk dəfə öz adı ilə qətliam adlandırmış, əsl caniləri, qatilləri xalqa nişan vermişdir. O “Mart” adlı publisistik məqaləsində çox sərt formada, açıq olaraq yazırdı: “31 mart 1918-ci sənə. Bu gün... Bakımızda qanlar axıdılmış, evlər talanmış, ata-babalarımız şəhid düşmüş, ana-bacılarımız əsir edilmiş. Bu gün Bakı əhli kəndi yurdunda qətliama, əsarətə və məhkumiyyətə qalmışdır. Bu gün Bakının ətrafında axan neft çeşmələri qan çeşmələrinə mübəddəl olmuşdur. Bu gün Bakı sahilini yuyan Quzğun dəniz qan dənizinə çevrilmişdir. Bu gün şaumyanlar, suxartsyevlər... oyanmış türk mənliyini... öldürmək üçün daşnak qüvvələrinə müraciətən unudulmayacaq qanlı günlər vücudə gətirmişdilər”.

Mirzə Bala Məhəmmədzadənin Tiflisdə “Gənclər yurdu” jurnalının 1918-ci il 23 iyul tarixli nömrəsində dərc etdirdiyi “Əksinqilabçılar” mart qətliamına həsr edilmiş ilk hekayədir. Hekayənin qəhrəmanı Moskva Darülfünununda oxuyan, bolşevik əqidəli “Azərbaycan türkü Hüseyn bəydir. Hüseyn bəyin fikrincə, hürriyyət, istiqlal istəyən” Azərbaycan, Türkistan, Tatarıstan, Krım türk gəncləri doğrudan da əksinqilabçılardır. Müəllif Hüseyn bəy haqqında tam təsəvvür yaratmaq üçün şahidi olduğu Bakı qətliamından dəhşətli bir mənzərəni təsvir edir: “Bakı həyəcanlı günlər keçirirdi. Şəhər od içində yanırdı. Pulemyot, top, tüfəng, qurşun səsilə paroxodların bombardmanı, cəmaətin qışqırığı, çoluq-çocuğun, qadın-qızların ah-fəryadı məhşəri andırırdı. Ölən, yanan, qaçan, çığıran, dağıdan, kəsən, kəsilən bir-birinə qarışmışdı”.

Bu dəhşətli mənzərədən təəssüf hissi keçirməyən “Hüseyn bəy” milli qırğının günahsız qurbanlarına xəcalət çəkmədən “əksinqilabçılar” deyir.

Milliyyətini, mədəniyyətini danan, dininə, dilinə ikrah hissi ilə yanaşan, valideynlərini bəyənməyən, milli təəssübkeşlikdən uzaq, manqurtlaşmış “obrazovannı” tipini Mirzə Bala “Hüseyn bəy”in simasında böyük məharətlə yaradıb.

Peşəkar tənqidçi, yığcam hekayələr ustası, görkəmli publisist Seyid Hüseyn “İstiqlal” (1335, 4 şübat) qəzetində çap etdirdiyi “İsmailiyyə” əsərində yazırdı: “Mart hadisəsi zamanında “İsmailliyə” binasından çox da uzaqda olmayan bir məhəllədə erməni əsgərləri tərəfindən mühasirə edilmişdim. Ələ keçməmək üçün həmən yaşadığım evin bulunduğu məhlənin alt qatında, zirzəmisində gizlənmişdim. Pulemyotların dırıltısını, topların gurultusunu eşidirdim. Dışarıda nələr vaqe olduğunu hiss ediyor, xəyalımda bir çox fəci mənzərələr tərsim eyləyirdim”.

Erməni əsgərlərinin dinc, günahsız əhali arasında kütləvi qırğınlar törətməsini lənətləyən, qınayan yazıçı gözəlliyi, möhtəşəmliyi ilə seyrçiləri heyran edən İsmailiyyə binasının barbarcasına yandırılmasına, məhv edilməsinə inanmır. O İsmailiyyəni sevə-sevə oxşayır, sevdirə-sevdirə təsvir edir. Mühasirədən sonra bu ecazkar abidənin qarşısında dayandıqda isə heyrət və təəssüflə fikrini belə tamamlayır: “...İsmailiyyə” – o milli əməllərimizin doğulduğu yer! O möhtəşəm bina, o Azərbaycan fikrini, Azərbaycan hürriyyət və istiqlaliyyətini, məfkurəsini bir ana kimi bəsləyib tərbiyə verən mərkəz! O gözəl və sevimli bina xəyanət nəticəsi olaraq bir qəhrəman kimi məğlub edilmişdi... Bəli, “İsmailiyyə” yandırılmışdı...”

Dövrünün tanınmış şairi, nasiri və müəllimi Hacı Səlim Səyyah Qasımzadə (1869-1933) Vilnüsdə dünyaya gəlsə də, Bakının Keşlə kəndinin nüfuzlu şəxslərindən olan Hacı Qasım Qasımzadənin oğlu idi. On beş il Şərq və Avropa ölkələrində olan, müqəddəs məkanları ziyarət edən Hacı Səlim Səyyah Qasımzadə Azərbaycanın ilk poliqlotlarından biri idi. Onun ən yaxın qohumları və dostları 1918-ci il Mart soyqırımının qurbanı olmuşdu. Hacı Səlim Səyyah Qasımzadənin soyqırımı qurbanlarının bir illiyinə həsr etdiyi və “Bəsirət” qəzetində çap olunan on üç bəndlik “Mart ayı” adlı müxəmməsində məhz erməni cəlladlarının Azərbaycan türklərinə, müsəlmanlara qarşı insanlıqdan uzaq, qəddarlıqla həyata keçirdikləri vəhşilikləri hüznlü dillə təsvir edilib. Müəllif erməni vəhşiliyinin ən kiçik çalarlarını, görünməyən qatlarını qabarıq verməklə yanaşı, soyqırımı qurbanlarını “şəhid qardaşlarım” adlandırıb, həlak olan müsəlmanların, azərbaycanlıların “bir qətrə” qanının da hədər getmədiyini, “intiqam alındığını”, ölkəmizin azad olunduğunu uzaqgörənliklə söyləyib.

Böyük Azərbaycan şairi Məhəmməd Hadinin “Şühadeyi hürriyyətimizin ərvahinə ithaf” şeiri də Mart soyqırımının birinci ildönümündə “Azərbaycan” qəzetinin 1919-cu il 31 mart tarixli sayında dərc edilib.

İstinad edilən bədii nümunələrlə tarixi faktları, rəsmi materialları və sənədləri müqayisə və təhlil etdikdə müşahidə olunur ki, bədii əsərlər həyat həqiqətlərini daha inandırıcı, qabarıq və təsirli təqdim edir.

Soyqırımının səbəbləri, məqsədi və nəticələri barədə bədii əsərlərdə gerçək mənzərə ustalıqla canlandırılıb. Şeirlərdə, hekayələrdə erməni barbarlığı, qəddarlığı real tünd boyalarla əks etdirilib. Zorakılığa, zülmə və amansızlığa nifrət, haqqa, ədalətə, hürriyyətə rəğbət hissinin aşılanması azərbaycanlıların soyqırımından bəhs edən bədii əsərlərin əsas qayəsini təşkil edir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Liqasında bütün yarımfinalçılar bəlli olub

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir

Türkiyəli nazir: Bakıda keçiriləcək COP29 sessiyası bütün dünya üçün əhəmiyyətlidir

Naxçıvanın su təchizatının yaxşılaşdırılması məqsədilə memorandum imzalanıb

Yeni Kaledoniya Senatın üzvü: Azərbaycan bizim üçün böyük qardaş rolunu oynayır VİDEO

Almaniyada mənzil oğrularına qarşı ehtiyat tədbirləri açıqlanıb

Senat üzvü: Kanak xalqı öz müstəqillik mübarizəsini axıradək davam etdirəcək VİDEO