İQTİSADİYYAT


Martda İraqa ixrac missiyası təşkil olunacaq

Bakı, 18 yanvar, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) martda İraqın Ərbil şəhərinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün sənəd qəbulu elan edib.

AZƏRTAC xəbər verir ki, ixrac missiyası martın 2-dən 6-dək davam edəcək. Missiya qida, tekstil, tikinti, informasiya texnologiyaları sahələrini əhatə edir.

İxrac missiyasında iştirak etmək üçün ixracatçılar müsabiqə əsasında seçiləcək. Fevralın 7-də keçiriləcək müsabiqənin təşkilatçıları İqtisadiyyat Nazirliyi və AZPROMO-dur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.