Martın 10-da Azərbaycanda COVID-19 əleyhinə 187 doza vaksin vurulub
AzerTAg.az

Bakı, 10 mart, AZƏRTAC
Martın 10-da Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 187 doza vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 81, ikinci doza vaksinlərin sayı 37, üç və daha çox doza vaksinlərin sayı 61, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 8-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 52, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 920, ikinci mərhələ üzrə 4 milyon 879 min 396, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 400 min 992, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 744-dür.
Xəbərin mətnində orfoqrafik səhv var