CƏMİYYƏT


Martın 11-də Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Martın 11-də Azərbaycanda COVID-19 əleyhinə 230 doza vaksin vurulub

Bakı, 11 mart, AZƏRTAC

Martın 11-də Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə 230 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci doza üzrə vurulan vaksinlərin sayı 79, ikinci doza vaksinlərin sayı 61, üç və daha çox doza vaksinlərin sayı 77, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 13-dür.

Azərbaycanda bu günə qədər vurulan vaksin dozalarının ümumi sayı 13 milyon 951 min 282, birinci mərhələ üzrə vurulan peyvənd dozalarının ümumi sayı 5 milyon 404 min 999, ikinci mərhələ üzrə 4 milyon 879 min 457, üç və daha çox doza vaksinlərin sayı 3 milyon 401 min 69, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 265 min 757-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.