İDMAN


Martın 13-də Avstraliyada Formula 1 Qran-Prisinin yeni mövsümünün təqdimatı olacaq

Bakı, 12 mart, AZƏRTAC

Martın 13-də Avstraliyada Formula 1 Qran-Prisinin yeni mövsümünün təqdimatı olacaq.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Liberty Media” və Formula 1 tərəfindən təşkil olunacaq təqdimat mərasimi ilk dəfə Melburnda baş tutacaq. Melburn şəhərinin mərkəzindəki Federasiya Meydanında 20 pilot, əvvəlki illərdəki on komandanın liderləri və əfsanəvi pilotların iştirakı ilə teatr nümayişi keçiriləcək. Yerli və beynəlxalq musiqi və əyləncə qrupları çıxış edəcək.

Təqdimat Bakı vaxtı ilə saat 08:30-da başlayacaq və saat 13:00-da başa çatacaq. Avstraliyada keçiriləcək yarış martın 17-də başlayacaq.

Xatırladaq ki, Formula 1 Azərbaycan Qran-Prisi aprelin 26-28-də Bakı şəhər halqasında keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.