CƏMİYYƏT
Martın 29-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcək VİDEO
Bakı, 21mart, AZƏRTAC
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına uyğun olaraq, cari ildə Azərbaycan ərazisində yay vaxtına keçid bu ayın son bazar günü, yəni martın 29-da saat 4:00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.
Bu barədə AZƏRTAC-a Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat verilib.