CƏMİYYƏT
Martın 30-da Azərbaycan Respublikasında yay vaxtına keçiləcəkdir VİDEO
Bakı, 17 mart (AZƏRTAC). Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcəkdir.
Bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a məlumat vermişlər.
Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli qərarına əsasən, hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabrın son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.