CƏMİYYƏT


Martın 31-də Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb

Martın 31-də Azərbaycanda COVID-19 infeksiyasına 64 yoluxma faktı qeydə alınıb

Bakı, 31 mart, AZƏRTAC

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 64 yoluxma faktı qeydə alınıb, 22 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, indiyədək ölkədə ümumilikdə 829 min 724 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 819 min 156 nəfər müalicə olunaraq sağalıb, 10 min 182 nəfər vəfat edib. Aktiv xəstə sayı 386 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 792, bu günə qədər isə ümumilikdə 7 milyon 558 min 593 test icra olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.