CƏMİYYƏT


Martın 3-də 24 mindən çox vətəndaş COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib

Bakı, 4 mart, AZƏRTAC

Martın 3-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 24 min 272 nəfər vaksinasiya olunub.

AZƏRTAC koronavirusinfo.az saytına istinadla xəbər verir ki, yanvarın 18-dən hazırkı dövrədək ölkəmizdə 337 min 315 nəfər COVID-19 əleyhinə peyvəndlənmə prosesində iştirak edib.

Xatırladaq ki, martın 3-dən “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, ümumi təhsil müəssisələrinin pedaqoji və texniki heyəti üçün də vaksinasiya prosesinə başlanılıb. Bu məqsədlə Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərində 10 vaksinasiya məntəqəsi yaradılıb.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.