İDMAN


Martin Bruin: Şuşa istiqamətində velosipedçiləri yoxuş boyu çətin yarış gözləyir VİDEO

Bakı, 8 iyul, AZƏRTAC

“Tour d`Azerbaidjan” tarixində yeni dövr başlayır. Bu yarışı sonuncu dəfə 5 il əvvəl keçirmişdik. Bizim üçün böyük məsuliyyətdir. Yarışa qoşulmaq üçün çox həyəcanlıyam.

AZƏRTAC xəbər verir ki, bu sözləri iyulun 9-10-da keçiriləcək “Əziz Şuşa” beynəlxalq velosiped turnirinə həsr olunan mətbuat konfransında niderlandlı hakim Martin Bruin deyib.

Bakıda çox olduğunu bildirən M.Bruin Azərbaycanı, insanlarını çox sevdiyini bildirib: “Çətin mübarizə olacaq. Əlimizdən gələni edəcəyik ki, azərbaycanlı hakimlərlə birlikdə bu mötəbər yarışı böyük uğura çevirək. Yarışın ikinci günündə velosipedçiləri üzü yuxarı çox çətin yarış gözləyir. Amma hər şey əla olacaq. Çünki böyük hazırlıqlar görülüb”.

Qeyd edək ki, iyulun 9-da keçiriləcək birinci mərhələ Pirallahı rayonunda “Nərəkənd” parkının yaxınlığında baş tutacaq. Bu mərhələdə velosipedçilər 21 kilometr məsafədə fərdi ötüşmədə yarışacaqlar. İyulun 10-da gerçəkləşəcək ikinci mərhələyə isə Füzuli Beynəlxalq Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” hotelinin qarşısında yekun vurulacaq. İdmançılar sonuncu yarış günündə 71 kilometr məsafəyə qrup ötüşməsində güclərini sınayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.