İDMAN
Martin Papanov: Növbəti mərhələdə liderliyimi qorumağa çalışacağam
Şamaxı, 7 iyun, Leyla Muradzadə, AZƏRTAC
Yarışın əvvəlində hava çox küləkli idi. Təxminən 40 kilometr küləyə qarşı mübarizə apardım. Lakin mən ətrafa baxırdım və Azərbaycanın gözəl təbiətinə heyran olurdum.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının birinci mərhələsinin qalibi bolqarıstanlı Martin Papanov mətbuat konfransında deyib.
Velosipedçi bildirib ki, finişi birinci keçdiyim üçün çox şadam. Buna görə komandama təşəkkür edirəm. Sabah bizi çətin bir yarış gözləyir. Liderliyimi qorumağa çalışacağam. Ümid edirəm ki, mərhələnin qalibi kimi sarı köynək məndə qalacaq.
Qeyd edək ki, velosipedçilər iyunun 8-də Qəbələ - Şəki - Qəbələ marşrutu üzrə 176,2 kilometr məsafə qət edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]