DÜNYA


Martin Şults Almaniyanın yeni koalisiya hökumətinə daxil olmaqdan imtina edib

Bakı, 9 fevral, AZƏRTAC

Almaniya Sosial-Demokratik Partiyasının (ASDP) sədri Martin Şults yeni koalisiya hökumətinə daxil olmaqdan imtina etdiyini bildirib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Şuls öz qərarını partiyada “kadr debatlarını” sona çatdırılmasının vacibliyi ilə izah edib.

“Mən federal hökumətə daxil olmaqdan imtina etdiyimi bildirirəm və eyni zamanda, ümid edirəm ki, ASDP-də kadr debatları sona çatacaq. Biz hamımız siyasəti bu ölkədəki insanlara görə aparırıq. Mənim şəxsi ambisiyalarım partiyanın maraqları ilə ziddiyyət təşkil etməməlidir”, - Şultsun bəyanatında belə deyilir.

Bir qədər əvvəl ASDP sədri yeni koalisiya hökumətində Almaniyanın Xarici İşlər Nazirliyinə başçılıq etmək istədiyini bildirmişdi.

Almaniyada yeni hökumətin apreldə formalaşacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.