Martın ikinci ongünlüyündə havanın orta temperaturu bəzi günlərdə iqlim normasını ötüb
AzerTAg.az

Bakı, 30 mart, AZƏRTAC
Respublikanın əksər bölgələrində mart ayının ikinci ongünlüyündə hava şəraiti az yağıntılı keçib. Havanın orta temperaturu bəzi günlərdə çoxillik iqlim normasından 7-8º, ötən ilin göstəriciləri ilə müqayisədə isə 9-10º yüksək olması ilə səciyyələnib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, havanın dekadalıq orta temperaturu paytaxt üzrə Maştağada, Quba və Dağlıq Şirvanda 11º, Lənkəran-Astarada 11-12º, Qarabağ bölgəsi, Gəncə-Goranboy, Mil-Muğan və Mərkəzi Aranda 13-15º, Şəki-Zaqatalada 12-15º, Gədəbəydə 8º, Ceyrançöl-Tovuzda 12-13º qeydə alınıb.
Havanın minimum temperaturu isə İsmayıllıda 1º, Qubada 2º, Gədəbəydə 3º, Maştağa və Cəfərxanda 4º, Zərdab, Şamaxı, Lənkəran və Gəncədə 5º, Göyçay, Tovuz və Ceyrançöldə 6º, Şəki- Zaqatalada 7-8º, Zəngilanda 7º təşkil edib.
Xəbərin mətnində orfoqrafik səhv var