İDMAN


Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub

Bakı, 9 mart, AZƏRTAC

Çinin “Şandun Lunen” klubunda çıxış edən Maruan Fellayni Belçika yığmasındakı karyerasını başa vurub.

AZƏRTAC xəbər verir ki, bu barədə 32 yaşlı yarımmüdafiəçi şəxsi “Twitter” səhifəsi vasitəsilə açıqlama verib.

O, milli komandada 12 il yüksək səviyyədə çıxış etdikdən sonra belə bir qərar qəbul etdiyini söyləyib: “Bu qərar asan olmadı, amma kənara çəkilmək və yolu yeni nəslə vermək zamanının yetişdiyini hiss etdim. Komandaya Avropa çempionatının seçmə mərhələsində uğurlar arzulayıram”.

Qeyd edək ki, futbolçu Belçika millisində 2007-ci ildən çıxış edirdi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.