MƏDƏNİYYƏT


“Marvel” studiyasının prodüseri “Vision” mükafatı ilə təltif olunacaq

Bakı, 9 avqust, AZƏRTAC

Məşhur argentinalı kinoprodüser Viktoriya Alonso sentyabrın 30-da İspan İrs Fondu (HHF) tərəfindən ABŞ-da İspan dünyasının ən böyük mükafatlarından biri olan nüfuzlu “Vision” mükafatı ilə təltif ediləcək.

AZƏRTAC EFE agentliyinə istinadla xəbər verir ki, Viktoriya Alonso bu mükafatı otuz beşinci mükafatlandırma mərasimində alacaq.

İspan İrs Fondunun prezidenti Xose Antonio Tixerino “Marvel” studiyasında icraçı vəzifəsində çalışan Viktoriya Alonsonu studiyanın nüfuzunu qoruduğu üçün əvəzolunmaz lider adlandırıb.

Bildirib ki, 56 yaşlı Alonso Hollivud karyerasına prodüser köməkçisi kimi başlayıb. 2006-cı ildə o, “Marvel” studiyasına gələndən sonra "Dəmir adam", "Dəmir adam 2", "Tor" və "İlk qisasçı" kimi filmlərinə prodüserlik edib.

2016-cı ildə o, xüsusi effektlər dünyasının “Harold Lloyd” mükafatını qazanan ilk qadın olub.

İspan İrs Fondunun prezidenti, həmçinin qeyd edib ki, Viktoriya Alonso studiyada işlədiyi müddətdə “Marvel” filmləri dünya kassasında 27 milyard dollardan çox gəlir əldə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.