İDMAN


Mas-reslinq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub

Bakı, 16 dekabr, AZƏRTAC

Abşeron Olimpiya İdman Kompleksində keçirilən mas-reslinq üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ölkə birinciliyində 10 regiondan 100 idmançı iştirak edib. Yarışda gənclər və böyüklər öz qüvvələrini sınayıblar.

Oğlanların mübarizəsində Rəsul Səfərov (60kq), Mikayıl Mikayıllı (70 kq), Orxan Xanlarov (80 kq), Xəyyam Orucov (90 kq), Cahangir Yaqubov (105 kq) və Vüsal Orucov (125 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Qızların yarışında isə Şəfəq Məmmədova (55 kq), Günel Vəliyeva (60 kq) və Nərgiz İbrahimova (75 kq) birinci olublar.

Qeyd edək ki, yarışın qalibləri Gənclər və İdman Nazirliyi və Azərbaycan Sumo Federasiyası tərəfindən diplom və medallarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.