CƏMİYYƏT


Masallı Rayon Mərkəzi Xəstəxanasında təlim keçirilib

Bakı, 5 oktyabr, AZƏRTAC

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyəti (AQİEC) arasında qarşılıqlı imzalanan memoranduma əsasən Masallıda təlim keçirilib.

AZƏRTAC TƏBİB-in rəsmi feysbuk səhifəsinə istinadla bildirir ki, TƏBİB-in tabeliyindəki Masallı Rayon Mərkəzi Xəstəxanasında təşkil edilən təlim proqramının məqsədi tibb işçilərinin peşə və bacarıqlarının artırılması olub.

Proqram zamanı iştirakçılara “Helikobakter Pilorinin idarəedilməsi”, “Mədənin düzgün endoskopik diaqnostikası”, “Qastroenterologiyada tənəffüs testləri”, “Portal hipertenziyanın idarə edilməsində yeniliklər” mövzularında məlumatlar təqdim edilib.

Təlimdə cənub regionu üzrə yerləşən xəstəxanalarda çalışan 80-nə yaxın həkim-terapevt, həkim-qastroenteroloq və həkim-cərrah iştirak edib.

Qeyd edək ki, TƏBİB və AQİEC-in birgə əməkdaşlığı ilə keçirilən təlim proqramının digər regionlarda da keçirilməsi nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.