REGİONLAR


Masallı Tarix-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib

Masallı, 20 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 19-da Masallı Rayon Gənclər və İdman İdarəsinin, təhsil şöbəsinin təşkilatçılığı ilə 2020-ci ildə Masallının “Gənclər Paytaxtı” seçilməsi və rayonun milli-mədəni irsinin gənclərə tanıdılması məqsədi ilə Rayon Tarixi-Diyarşünaslıq Muzeyinə gənclərin ekskursiyası təşkil edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi və Masallı rayonunun “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar görüləcək işlərdən, qarşıda duran vəzifələrdən danışıb.

Masallı Rayon Tarix-Diyarşünaslıq muzeyin direktoru Əntiqə Tağıyeva gənclərə muzey barədə məlumat verərək bildirib ki, ümumi sahəsi 1861 kvadratmetr olan muzeydə 5 ekspozisiya zalı yaradılıb. Ekspozisiyalarda Masallının tarixi, bu ərazidə tapılan qədim əşyalar, ümumiyyətlə, rayonun həyatı ilə bağlı məlumatlar toplanıb.

Muzeydə 7 mindən çox eksponat mövcuddur və onlardan 2 mini ekspozisiya zallarında nümayiş etdirilir. Burada müstəqillik tariximizə xüsusi yer verilib. Müstəqilliyimizin banisi olan xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətlərini əks etdirən fotolardan ibarət guşələr qurulub.

Muzeyin mansar hissəsində rəsm otağı, sərgi zalı, fond otağı, müxtəlif tədbirlərin keçirilməsi üçün nəzərdə tutulan akt zalı da yaradılıb.

Sonra Ə.Tağıyava gəncləri muzeydə olan eksponatlarla tanış edərək rayon ərazisində aparılan arxeoloji tapıntılar zamanı əldə olunmuş, tariximizi əks etdirən maddi-mədəniyyət nümunələri haqqında onlara ətraflı məlumat verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.