REGİONLAR
Masallı boksçusu Azərbaycan çempionatında bürünc medal qazanıb
Masallı, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Boks Federasiyasının idman zalında keçirilən boks üzrə Azərbaycan çempionatında Masallı boksçusu Qəyyum Quliyev bürünc medal qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ölkəmizin müxtəlif şəhər və rayonlarından 29 komandanın heyətində 100 boksçunun qatıldığı Respublika çempionatında Masallı komandasını iki boksçu– Camal Səfərli (60 kq) və Qəyyum Quliyev (51 kq) təmsil edib.
Camal Səfərli mübarizəni 1/4 finalda dayandırsa da, digər Masallı idmançısı Qəyyum Quliyev növbəti mərhələyə yüksəlib.
Yekun nəticə olaraq, Qəyyum Quliyev çempionatı üçüncü pillədə başa vurub.
Qeyd edək ki, mükafatçılar Respublika yığmasının heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]