REGİONLAR


Masallı cüdoçuları zona birinciliyinin qalibi oldular

Masallı, 2 noyabr, Bağır Əliyev, AZƏRTAC 

Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə İmişli rayonunda 2002-2004 və 2005-2007-ci il təvəllüdlü idmançılar arasında keçirilən zona birinciliyində Masallı cüdoçuları uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin cüdoçuları ilə yanaşı, Şirvan və Lənkəran şəhərlərinin, Salyan, İmişli, Sabirabad rayonlarının idmançıları da ölkə birinciliyinə vəsiqə qazanmaq uğrunda öz qüvvələrini sınayıblar.

Üç gün davam edən zona birinciliyində masallılı məşqçi Xanağa Quliyevin yetirmələri 2005-2007-ci il təvəllüdlü cüdoçuların yarışında 9 qızıl, 6 gümüş və 5 bürünc, 2002-2004-cü il təvəllüdlü idmançılar arasında isə 5 qızıl, 4 gümüş, 1 bürünc medal qazanıblar.

Zona yarışlarında hər iki yaş qrupunda komanda hesabında Masallı cüdoçuları birinci yerə sahib olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.