REGİONLAR


Masallı gəncləri Dövlət Rəmzləri Muzeyinə ekskursiya ediblər

Masallı, 12 fevral, Bağır Əliyev, AZƏRTAC

Fevralın 12-də Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə COVID-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl edilməklə rayon gənclərinin bir qrupunun Dövlət Rəmzləri Muzeyinə ekskursiyası təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekskursiya çərçivəsində gənclərə muzey haqqında ətraflı məlumat verilib. Qeyd olunub ki, Azərbaycanda dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətlərindən biridir. Prezident İlham Əliyevin yürütdüyü siyasətdə də millilik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi xüsusi yer tutur.

Paytaxtla yanaşı, Masallıda da üçrəngli bayrağımızın şərəfinə muzey yaradılıb. Bu gün hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi və and yeri hesab edir.

Gənclər muzeylə tanışlıq zamanı Azərbaycanda xanlıqlar dövrünün xəritəsi, müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin bayraqları, XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, Azərbaycan SSR-in və müstəqil respublikamızın konstitusiyaları, ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin andiçmə mərasimlərindən fotoları ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.