REGİONLAR


Masallı gəncləri bilik yarışı üzrə zona birinciliyinin qalibi olublar

Masallı, 15 aprel, Bağır Əliyev, AZƏRTAC

Masallı gəncləri Lerikdə keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının zona birinciliyində uğurla çıxış ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Salyan və Neftçala rayonlarının gənclərinin qatıldığı bilik yarışında Masallı rayonu iki komanda ("Ten millions" və "Gauntlet") ilə təmsil olunub.

Qrup oyunlarında uğurla çıxış edən "Gauntlet" komandası finalda 5100 xal toplayaraq zona birinciliyinin qalibi olub. Komanda “Xəmsə” milli intellektual oyunu üzrə XI Azərbaycan çempionatının Bakıda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.