REGİONLAR


Masallı karateçiləri XIII ölkə birinciliyində 7 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıblar

Masallı, 24 iyun, Bağır Əliyev, AZƏRTAC

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Şəkidə keçirilən və ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan sindo-ryu və pençak-silat növü üzrə XIII ölkə birinciliyi və çempionatı başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəki Olimpiya İdman Kompleksində təşkil edilən yarışda Masallı idmançıları 7 qızıl, 6 gümüş və 3 bürünc medal qazanıblar. İdmançılardan Allahyar Əhədov (24 kq), Kamran Həsənzadə (22 kq), Heydər Eynalov (70 kq), Əmrah Abışov (55 kq), Saqif İsayev (32 kq), Saday İsayev (28 kq), Zamin Əliyev (75 kq) kiloqram çəki dərəcəsində birinci yeri tutaraq fəxri kürsünün ən yüksək pilləsinə sahib olublar. Eləcə də İlkin Quliyev (46 kq), Mahir Kosayev (55 kq), Məhəmməd Bağırov (22 kq), Mirrəvan İsayev (34 kq), Murad Tağıyev (38 kq), Loğman Məmmədov (35 kq) ikinci, Rəvan Fərəcov (58 kq), Elnur Rəhmanov (57 kq) və Murad Səfərov (35 kq) üçüncü yerləri tutublar.

Masallının iki idmançısı Allahyar Əhədov və Əmrah Abışov il ərzində qazandıqları nəticələrə görə yığma komandanın heyətinə daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.