REGİONLAR
“Masallı” komandası Respublika turnirinin zona yarışlarının qalibi olub
Lənkəran, 5 iyun, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Olimpiya İdman Kompleksində keçirilən Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında Respublika turnirinə daxil olan atletika üzrə zona yarışları başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman, Təhsil nazirliklərinin, Milli Olimpiya Komitəsinin, Azərbaycan Respublikası Məktəb İdmanları Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən və iki gün davam edən zona yarışlarında Astara, Lənkəran, Masallı, Yardımlı, Lerik, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayonlarını təmsil edən komandalar qələbə uğrunda mübarizə aparıblar.
Zona yarışının yekun nəticələrinə əsasən “Masallı” komandası birinci, “Salyan” komandası ikinci, “Astara” komandası üçüncü yerlərə sahib olublar.
Qaliblərə diplomlar təqdim edilib.