REGİONLAR


Masallı müəllimləri təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi olublar

Masallı, 25 iyun, Bağır Əliyev, AZƏRTAC

Təhsil Nazirliyinin dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün keçirdiyi təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsində Masallıdan olan müəllimlər uğurlu nəticələr qazanıblar.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müsabiqəyə ümumi təhsil müəssisələri kateqoriyası üzrə 204, fərdi kateqoriya üzrə isə 648 olmaqla, ümumilikdə 852 layihə təqdim edilib.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 47, fərdi kateqoriya üzrə 136 layihə barədə müsbət qərar qəbul edilib.

Müsbət qərar verilən 183 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Ümumilikdə 76 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllimlər qalib gəlib.

Ümumi təhsil kateqoriyası üzrə Masallı şəhər 2 nömrəli tam orta məktəb, fərdi kateqoriya üzrə isə rayonun Qodman kənd tam orta məktəbinin fizika müəllimi Gülnar Əliyeva, şəhər 1 nömrəli tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Nərgiz Muxtarova müsabiqənin qalibi olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.