CƏMİYYƏT


Masallı rayon sakini altı nəfərə qarşı dələduzluq edib

Bakı, 3 oktyabr, AZƏRTAC 

Bu il mayın 21-də Qazax rayon sakini M.Eyyubovun 300 manatını dələduzluq yolu ilə almaqda şübhəli bilinən Masallı rayon sakini, əvvəllər məhkum olunmuş S.İsmayılov Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin (mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ətrafında aparılmış tədbirlərlə onun əvvəllər də daha 5 nəfərə qarşı dələduzluq etməsi müəyyənləşib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.