CƏMİYYƏT


Masallı rayon sakini barəsində cinayət işi başlanıb

Bakı, 19 avqust, AZƏRTAC 

Avqustun 18-də saat 12:42-də naməlum şəxs mobil telefonla polisə zəng edərək “Bu gün dövlət iş yerlərinə silahlı hücum olacaq” deyə yalan məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalar zamanı həmin telefonun Masallı rayonunun Hişkədərə kənd sakini R.Cabbarova məxsus olması müəyyənləşib.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Cabbarov saxlanılıb. O, izahatında mədə-bağırsaq və bel nahiyəsində olan xəstəlikdən əziyyət çəkdiyinə görə əsəbləşərək polisə bilə-bilə yalan məlumat verdiyini etiraf edib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə cinayət işi başlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.