CƏMİYYƏT


Masallı rayon sakinindən çətənə kolu aşkarlanaraq götürülüb

Bakı, 7 sentyabr, AZƏRTAC

Masallı rayonunun Musaküçə kənd sakini Q.Bayramov rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ona məxsus həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilən üç ədəd çətənə kolu, həyətindəki yardımçı təsərrüfatdan 370 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.