CƏMİYYƏT


Masallı rayonunda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub

Bakı, 28 sentyabr, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən E.Abıyev Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, axtarış zamanı ondan heroin aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun yaşadığı mənzilə baxış zamanı oradan 425 qram marixuana götürülüb.

Faktla bağlı rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.