İQTİSADİYYAT
Masallı rayonunun Bambaşı-Yeyəndkənd yolu əsaslı təmir olunmuşdur
Masallı, 19 may (AZƏRTAC). Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planına müvafiq olaraq 7 min sakinin istifadə etdiyi Bambaşı-Yeyəndkənd yolu əsaslı təmir edilərək asfaltlaşdırılmışdır.
AZƏRTAC xəbər verir ki, yolun istifadəyə verilməsi münasibətilə keçirilən mərasimində çıxış edənlər sakinləri əlamətdar hadisə münasibətilə təbrik etmişlər. Kənd sakinləri son illər rayon mərkəzləri ilə yanaşı, kənd yollarının da bərpasını Prezident İlham Əliyevin ucqar yaşayış məntəqələrində yaşayasan sakinlərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirmişlər.
Uzunluğu 4 kilometr, eni 6 metr olan yolun uzunömürlü olması və sel sularından qorunması məqsədilə suötürücü kanallar da inşa edilmişdir. Qeyd olunmuşdur ki, Dövlət Proqramına əsasən yaxın vaxtlarda uzunluğu 40 kilometrdən çox olan daha 15 kənd yolunun yenidən qurulması nəzərdə tutulur.