İQTİSADİYYAT
Masallı rayonunun elektrik şəbəkəsi yenidən qurulur
Bakı, 3 oktyabr (AZƏRTAC). “Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, cari ilin iyul, avqust və sentyabr aylarında “Masallı” Elektrik Şəbəkəsi Müəssisəsinin balansına aid paylayıcı şəbəkələrdə yenidənqurma işləri həyata keçirilib. Müəssisənin 10 və 0,4 kilovoltluq elektrik verilişi xətləri, eyni zamanda, transformator məntəqələri təmir olunub, bərpa edilən bir neçə transformator təkrar şəbəkəyə qoşulub.
Bu ilin 8 ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı xeyli sayda istehlakçının sayğac uçot komplektində qüsur aşkar edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin qüsurlar aradan qaldırılıb.
Bu dövrdə şəbəkə üzrə istehlak 89,1 milyon kilovat-saata yaxın olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]