CƏMİYYƏT


Masallı sakininə məxsus avtomobili qaçıran şəxs saxlanılıb, nəqliyyat vasitəsi isə onun yaşadığı evin həyətində tapılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Lənkəran Şəhər Rayon Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini S.Ağayev noyabrın 25-də Gərmətük qəsəbəsi ərazisindən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nəqliyyat vasitəsini oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Fərzullayev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb. Oğurlanan avtomobil isə onun yaşadığı evin həyətində tapılıb.

Faktla bağlı araşdırmalar davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.