REGİONLAR
Masallı sakinləri Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə verməkdə fəallıq nümayiş etdirirlər
Masallı, 31 mart, Bağır Əliyev, AZƏRTAC
Prezident İlham Əliyevin bəşəriyyətin bəlasına çevrilmiş COVID-19 koronavirus pandemiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, vətəndaşların sağlamlığının qorunması məqsədilə sosial həmrəylik nümayiş etdirilməsi ilə bağlı nəcib təşəbbüsünə masallılar da fəal qoşulublar.
Masallı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayonun ayrı-ayrı təşkilatları, sahibkarlar, fiziki şəxslər və xeyriyyəçilər müxtəlif məbləğdə vəsaiti Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Rayonda fəaliyyət göstərən “Məmmədoğulları” MMC 100000, “Chevrolet”, “Melissa Group” və “Collizione İtalia” şirkətləri 100000, “EMBAWOOD Masallı” şirkəti 50000, sahibkar Əkbər Bağırov 20000 AZN ərzaq yardımı, “Fəxrəddin-K” MMC kərpic zavodu 10000, “Şturtqart” mağazalar şəbəkəsi 10000, “Elnur-2” şirkəti 10000, “Viləş” oteli 10000, Milli Məclisin deputatı Məşhur Məmmədov biraylıq əməkhaqqı, “Dərya” balıq restoranı 5000, Yeni Azərbaycan Partiyası Masallı Rayon Təşkilatı 6000, fiziki şəxs Akif Qarayev 1000 AZN məbləğində pul vəsaitini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə ediblər.
Masallı Rayon Ağsaqqallar Şurası, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının rayon təşkilatı da Koronavirusla Mübarizə Fonduna müxtəlif məbləğlərdə pul vəsaiti köçürüblər.