Masallı sakinləri Yeni ili bayram əhval-ruhiyyəsi ilə qarşılayıblar
AzerTAg.az
Masallı, 1 yanvar, Bağır Əliyev, AZƏRTAC
Masallı şəhərinin mərkəzi meydanına Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Bayramsayağı bəzədilmiş meydanda yeni ilin rəmzi olan Yolka ətrafında Şaxta baba və Qar qızın iştirakı ilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, idarə, təşkilat və müəssisələrin kollektivləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Yeni il şənliyində çıxış edənlər Masallı rayonunun sakinlərini əlamətdar bayramlar münasibətilə təbrik edərək, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə, o cümlədən Masallı rayonunda da 2018-ci ilin uğurla başa çatdığını bildiriblər.
Bayram tədbiri rayonun bədii özfəaliyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.

Xəbərin mətnində orfoqrafik səhv var