REGİONLAR
Masallı şəhərində yeni körpələr evi-uşaq bağçasının təməli qoyulub
Masallı, 3 iyul, Bağır Əliyev, AZƏRTAC
Bu il Masallı rayonunda 7 məktəbəqədər uşaq-tərbiyə müəssisəsinin tikilməsi və əsaslı təmir olunması nəzərdə tutulur. Artıq bu sahədə ilk addım atılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı şəhərinin Səməd Vurğun küçəsində 100 yerlik körpələr evi-uşaq bağçasının təməli qoyulub.
Müasir üslubda inşa edilən ikimərtəbəli uşaq-tərbiyə müəssisəsində uşaqların təlim və tərbiyəsi, istirahəti üçün hər cür şərait yaradılacaq.
Təməlqoyma mərasimində rayon rəhbərliyi, Milli Məclisin deputatı Məşhur Məmmədov iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]