REGİONLAR
Masallı şəhərinin prospekt və küçələrində dezinfeksiya işləri fasiləsiz həyata keçirilir
Masallı, 28 mart, Bağır Əliyev, AZƏRTAC
Masallı rayonunda koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq üçün təxirəsalınmaz tədbirlər həyata keçirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda koronavirusa yoluxma hallarına yol verilməməsi, bu sahədə aparılan profilaktik tədbirlərin səmərəliliyinin yüksəldilməsi məqsədilə Masallı Rayon İcra Hakimiyyəti tərəfindən tərtib edilən qrafik əsasında növbəti dəfə dezinfeksiya işləri həyata keçirilib.
Masallı şəhərinin küçə və prospektləri, yaşayış binalarının ətrafı və insanların yığcam toplaşdıqları başqa yerlərdə yoluxucu xəstəliklərin profilaktikası məqsədilə kütləvi dezinseksiya və dezinfeksiya işləri aparılıb.