REGİONLAR
Masallı taekvondoçuları beynəlxalq turnirdə 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar
Masallı, 8 iyul, Bağır Əliyev, AZƏRTAC
Gürcüstanın Rustavi şəhərində taekvondo üzrə uşaqlar, yeniyetmələr və gənclər arasında keçirilən "Rustavi Open" beynəlxalq turnirində Masallı Rayon Gənclər və İdman İdarəsinin nəzdindəki Uşaq Gənclər İdman Məktəbinin yetirmələri uğurla çıxış ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, beynəlxalq turnirdə yeniyetmələrin yarışında mübarizəyə qoşulan Masallı idmançılarından Yusif Əhmədzadə 45 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Sevda Əzizova (34 kq) yeniyetmə qızların, Murad Şahverdiyev (21 kq) uşaqların mübarizəsində ikinci, Rahid Vəliyev (45 kq) isə gənclərin yarışlarında üçüncü yeri tutublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]
Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib
- 19.04.2024 [15:06]
Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [12:08]