REGİONLAR


Masallı taekvondoçuları ötən il 50-dən çox medal qazanıblar

Masallı, 9 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Regional Taekvondo Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir. Mərkəzdə ibtidai hazırlıq qrupları ilə yanaşı, yeniyetmə və gənclər də təlim-məşqlərdə iştirak edirlər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ötən il Mərkəzin idmançıları, həm ölkədaxili, həm də beynəlxalq yarışlarda 50-dən çox medal qazanıblar.

Masallı taekvondoçuları Rusiyada yeniyetmələr arasında “Məğlubedilməz güc” devizi ilə keçirilən beynəlxalq turnirdə 1 qızıl və 1 gümüş, Dağıstanda “Patriot” adlı beynəlxalq yarışda 2 qızıl və 1 bürünc, Gürcüstanda keçirilən beynəlxalq yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə ediblər.

Ötən il İspaniyada keçirilən taekvondo üzrə Avropa çempionatında Azərbaycan millisinin tərkibində yeganə medal qazanan Masallı taekvondoçusu Rahid Vəliyev olub. O, Avropa çempionatında 37 çəki dərəcəsində yalnız final görüşündə xal hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

2018-ci ildə Masallı taekvondoçuları arasında qazandığı idman uğurları ilə seçilən Sevda Əzizova Dağıstanda keçirilən beynəlxalq yarışda qızıl, Gürcüstanda keçirilən yarışda isə bürünc medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.