CƏMİYYƏT


Masallı və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstəriləcək

Bakı, 28 noyabr, AZƏRTAC 

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Prezident İlham Əliyevin 2018-ci il 22 fevral tarixli Sərəncamı ilə Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlərin göstərilməsi tövsiyə edilib.

Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu tövsiyənin icrası ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində dekabrın 1-də bir qrup vəkil tərəfindən Masallı rayonundakı Heydər Əliyev Mərkəzində ətraf rayonlarda yaşayan vətəndaşlara ödənişsiz hüquq yardımın göstərilməsi nəzərdə tutulub.

Belə tədbirlər respublikanın digər regionlarında da müntəzəm keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.