SİYASƏT
Masallı ziyalıları Gəncədə iğtişaş törədənlərin ciddi cəzalandırılmasını tələb edirlər
Masallı, 14 iyul, Bağır Əliyev, AZƏRTAC
Gəncə şəhərində iğtişaş törədənlərin qarşısına qoyduğu əsas məqsəd ölkədə ictimai-siyasi sabitliyi pozmaq, əmin-amanlığa xələl gətirmək, qarşıdurma yaratmaq idi.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə “Masallı ziyalıları” İctimai Birliyin sədri Qardaş Fətullayev bildirib.
Q.Fətullayev daha sonra deyib: “Bu gün Azərbaycanın güclü dövlət imici, beynəlxalq aləmdə nüfuzu antimilli qüvvələrin yuxusunu pozur, həyatına narahatlıq gətirir. Gəncədə törədilənlər də inkişafımızı görmək istəməyən qüvvələrin məkrli niyyətinin təzahürü idi. Məlum hadisələr zamanı Gəncə sakinlərinin bu zorakılıq hadisələrinə qarşı çıxması, onu pisləməsi göstərdi ki, bütün Azərbaycan xalqı və Gəncə sakinləri bu qanunazidd, radikal hərəkətləri törədənlərə ən ağır cəza verilməsini tələb edirlər. Bu, Masallı ziyalılarının da mövqeyidir. Biz baş verənlərin təşkilatçılarına, ölkədə sabitliyi pozmaq, insanları qorxu altında saxlamaq istəyənlərə yüksək cəza verilməsini tələb edirik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:05]
İraq Prezidenti COP29-da iştirak etməyə dəvət olunub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [17:25]