REGİONLAR
Masallıda 1145,8 hektar sahədə bitkiçilik məhsulları yığılıb
Masallı, 4 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 1-dək Masallı rayonunun təsərrüfatlarında 1145,8 hektar sahədə bitkiçilik məhsulları yığılıb. Əkin sahələrinin 167 hektarını dənli və dənli paxlalı bitkilər, 387 hektarını kartof, 591,8 hektarını tərəvəz bitkiləri təşkil edib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.
Bildirilib ki, indiyədək rayonda 416,3 ton dənli və dənli paxlalı bitkilər, 5930,9 ton kartof, 13925,1 ton tərəvəz məhsulları istehsal olunub.
Ötən ilin payızında rayonda cari ilin məhsulu üçün 17 min 219 hektar sahədə şum aparılıb, 13 min 350,5 hektar sahəyə taxıl səpilib. Taxıl əkinlərinin 7 min 496 hektarını buğda, 2 min 842 hektarını arpa, 3 min 12,5 hektarını isə xəsil arpa sahələri təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:51]
Culfada Yaycı soyqırımı qurbanlarının xatirəsi anılıb
- 29.03.2024 [18:05]
Naxçıvanda ilk dəfə maralfalfa bitkisi əkilib
- 29.03.2024 [17:39]
Naftalanda şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb
- 29.03.2024 [16:53]
Energetika naziri Qazaxda vətəndaşlarla görüşüb
- 29.03.2024 [16:33]