REGİONLAR


Masallıda 12 tam və 6 ümumi orta məktəb direktoru vəzifəsi vakantdır

Masallı, 13 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun ümumtəhsil məktəbləri üzrə 12 tam orta və 6 ümumi orta məktəb direktoru vəzifəsi vakantdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Masallıda keçirilən müəllimlərin ənənəvi sentyabr konfransında məlumat verilib.

Masallı Rayon Təhsil Şöbəsinin müdiri Tariyel Əkbərov çıxışında bildirib ki, may ayında keçirilən diaqnostik qiymətləndirmədə Masallı rayonundan 317 müəllim iştirak edib. Onlardan 87 nəfəri ixtisası üzrə 15 baldan aşağı nəticə göstərib. Aparılan təhlillər göstərir ki, diaqnostik qiymətləndirmədə aşağı bal toplayan müəllimlərin əksəriyyəti məhz buraxılış siniflərində zəif nəticə göstərən məktəblərdə çalışırlar.

Diqqətə çatdırılıb ki, 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyinə Masallı rayonu üzrə 189 vakant yer sifariş verilib. Müəllimlərin işə qəbulu üzrə aparılan imtahanların birinci mərhələsində 82, ikinci mərhələdə 6 müəllim rayonun ümumtəhsil məktəblərinə təyinat alıb. Boş qalan yerlərə Təhsil Nazirliyi tərəfindən elan edilmiş müsabiqənin üçüncü mərhələsində uğur qazanmış namizədlər yerləşdiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.