REGİONLAR


Masallıda 20 Yanvar faciəsinə həsr olunmuş onlayn şeir müsabiqəsinə yekun vurulub

Masallı, 22 yanvar, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar və yeniyetmələr arasında 20 Yanvar faciəsinə həsr olunmuş “Tariximizə qara hərflərlə yazılmış gün” mövzusunda keçirilən onlayn şeir müsabiqəsinə yekun vurulub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir həftə davam edən onlayn şeir müsabiqəsində Nazilə Nəzərova birinci, Gülşən Şahbazova ikinci, Rüqəyya Şükürova isə üçüncü yerlərə layiq görülüblər.

Qaliblərə Masallı Rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.