REGİONLAR


Masallıda 3973,4 hektar sahədə yazlıq bitkilər əkilib

Masallı, 1 iyun, Bağır Əliyev, AZƏRTAC

Masallı rayonunun təsərrüfatlarında cari ilin məhsulu üçün yazlıq bitkilərin əkini başa çatmaq üzrədir. Torpaq mülkiyyətçiləri indiyədək 3973,4 hektar sahədə yazlıq əkin həyata keçiriblər. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 308,5 hektar çoxdur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Masallı Rayon Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, əkilmiş yazlıq bitkilərin 557 hektarını dənli və dənli paxlalılar, 56 hektarını qarğıdalı, 35,7 hektarını yonca, 44,5 hektarını günəbaxan, 893,6 hektarını kartof, 1918,8 hektarını tərəvəz, 303,2 hektarını bostan, 113 hektarını çəltik, 16,4 hektarını tutun, 35,2 hektarını isə digər bitkilər təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.