REGİONLAR


Masallıda Əməkdar artist Nizami Mirzəyevin 70 illik yubileyi qeyd olunub

Masallı, 26 noyabr, Bağır Əliyev, AZƏRTAC

Masallı Rayon Mədəniyyət Mərkəzində Əməkdar artist Nizami Mirzəyevin 70 illik yubileyi qeyd olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xalq artisti Zeynəb Xanlarovanın rəhbərlik etdiyi ansamblın müşayiəti ilə keçən tədbir Masallının mədəniyyət həyatında yaddaqalan hadisə olub. Tədbirdə ansamblın rəhbəri, dünya şöhrətli müğənni Zeynəb Xanlarovanın yubilyara ünvanlanmış təbrik məktubu oxunub.

Mərasimdə çıxış edən filologiya elmləri doktoru, professor Fərahim Sadıqov Əməkdar artist N.Mirzəyevin ömür yolundan, sənət dünyasından danışıb.

Tədbirdə Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova, veteran müəllim Məhbub Ağayev, yazıçı-publisist Nurəddin Ədiloğlu, rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədr müavini Əbülfəz Nuriyev və başqaları Nizami Mirzəyevi 70 illik yubileyi münasibətilə təbrik edərək, ona ən xoş arzularını çatdırıblar.

Əməkdar artist Nizami Mirzəyev tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Yubiley tədbiri konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.